Fransız brendinin yeni kolleksiyası Azərbaycanın bədii irsindən və onun rəmzlərindən biri olan xarıbülbül çiçəyindən ilhamlanır.
Tarixi bir əsr yarımdan çox dövrü əhatə edən premium tekstil brendi Yves Delorme-un fəlsəfəsinin əsasında irs dayanır. Bu irs həm nəsildən-nəslə qayğı ilə ötürülən sənətkarlıq ənənələrində, həm də brendin dizaynerlərinin dünya mədəniyyətinə bəslədiyi ehtiramda yaşayır. Dizaynerlər onun ornamentlərindən, obrazlarından və hekayələrindən ideya və motivlər alırlar.
1845-ci ildə əsası qoyulan şirkətə bu gün eyni ailənin artıq altıncı nəslinin nümayəndələri rəhbərlik edir. Ailənin dəyərləri brendin inkişaf yolunu müəyyənləşdirib: lüks seqmentə mənsubiyyət və Fransanın art de vivre — yaşamaq sənəti fəlsəfəsinə sədaqət.
Brendin məhsulları ev tekstili, interyer üçün dekorativ tekstil, yataq dəstləri və hamam aksesuarları sahəsində yüksək sənətkarlıq nümunəsinə çevrilib. Şirkətin nüfuzu peşəkar çevrələrdə də tanınır: Yves Delorme 2001-ci ildən Fransanın incəsənətini, mədəniyyətini və sənətkarlıq biliklərini, savoir-faire ənənələrini qorumaq və inkişaf etdirmək missiyası ətrafında birləşən aparıcı fransız lüks evlərinin assosiasiyası Comité Colbert-in üzvüdür.
Yves Delorme-un çoxşaxəli yaradıcılıq palitrasında Azərbaycanın mədəni irsi parlaq və mühüm bir ilham mənbəyidir. Brend kolleksiyalarında bu mövzunu düşünülmüş və yaradıcı yanaşma ilə açır. Yeni məhdud saylı kolleksiyanın əsas vizual elementi nadir xarıbülbül çiçəyidir. Qırmızı Kitaba daxil edilmiş və Şuşa dağlarının yamaclarında bitən bu çiçək Azərbaycanın mədəni irsinin ən ilhamverici rəmzlərindən sayılır.
Bu zərif dağ çiçəyi əsrlər boyu ölkənin şairlərini, rəssamlarını və musiqiçilərini ilhamlandırıb. Onun haqqında çoxsaylı əfsanə və rəvayətlər yaranıb, təsvirini əks etdirən naxışlara milli zinət əşyalarında və geyimlərdə, xalçalarda və dekorativ əşyalarda rast gəlinir. Xarıbülbül ölkənin bənzərsiz təbii və mədəni irsinin dəyərini təcəssüm etdirir.
Yalnız Azərbaycan bazarı üçün yaradılmış məhdud saylı kolleksiyaya hamam xalatları və müxtəlif ölçülü dəsmallar daxildir. Funksionallıq və estetika düşünülmüş şəkildə birləşdirilib, həm görünüş, həm də toxunuş baxımından hər detal qüsursuzdur: xovlu parçanın keyfiyyəti və yumşaqlığı, tikmələrin incəliyi, dəqiq nisbətlər və işləmələrin mükəmməlliyi.
Azərbaycanın bu rəmzi çiçəyinin orijinal eskizini Yves Delorme-un kreativ direktoru Lorans Rue yaradıb. O, işlərinə istedad və təcrübə ilə yanaşı, incəsənətə, modaya və dizayna olan böyük sevgisini də qatır və bu, brendin hər kolleksiyasında əks olunur. Özünəməxsus rəmz yeni, müasir ifadə qazanıb. Dizayner yerli obrazın mahiyyətini və səciyyəvi xüsusiyyətlərini fransız brendinin estetikası ilə birləşdirərək tanınan milli rəmzi Yves Delorme ruhunda dekorativ motivə çevirib.
Xarıbülbül × Yves Delorme sadəcə məhdud saylı kolleksiyadan daha artıq məna daşıyır. Bu, iki ölkə arasında mədəni dialoqun hekayəsidir. Bu əməkdaşlıqda tarix müasir dizaynın dili ilə nəql olunaraq canlı, yaxın və hiss edilən bir təcrübəyə çevrilir, mədəni rəmzlər isə gözəllik, ahəng və rahatlıqla bağlı gündəlik ritualların təbii hissəsi olur. Fransanın tekstil ənənələri ilə Azərbaycan ruhu həmahəng səslənir.
Bakıda, 28 May küçəsində yerləşən Yves Delorme butiki yataq və hamam tekstilinin, eləcə də ev xalatlarının geniş seçimini təqdim edir. Burada həmçinin brend evinin özünəməxsus üslub istiqamətini ifadə edən yeni mövsüm kolleksiyaları ilə tanış olmaq mümkündür. Azərbaycanda Yves Delorme tekstil brendini eksklüziv olaraq onun rəsmi distribütoru Italdizain şirkəti təmsil edir. Brend və kolleksiyaları haqqında ətraflı məlumat üçün: https://italdizain.az/ru/brands/yves-delorme


