NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Mən nəyə inanıram

“Hadisələrin məğzini bilmək üçün qapıdan bayıra çıxmaq lazım deyil, Haqq yolunu görmək üçün, pəncərədən boylanmaq lazım deyil”
Lao-tzı

Mənə görə, Allahın bəyanı olduqca sadədir: tam qəbullanma. Özümüzü olduğumuz kimi, başqalarını isə olduqları kimi qəbul etmək. Mühakimə etməməyə çalışmaq. Məndə bu da çətin alınır, xüsusən də, mənə acı yaşadıblarsa. Sadəcə özünüzdən hesab etdiyiniz kimi yaşamağı tələb etmək, nəticə və məsuliyyəti qəbul etmək üçün gücə malik olmaq lazımdır. Həyat olduqca bəsit, amma eyni zamanda ağıllı tapmacadır. Normal həyat yaşayın – bunun kiməsə lazım olduğu, bunu sizdən gözlədikləri üçün yox, sizin qəlbinizə, ruhunuza lazım olduğu üçün. Allahın sizə bəxş etdikləri ilə xoşbəxt olmağı bacarın. Daim nə isə başqa şey arzulamaq, dəyişikliklər gözləmək – bu yalnız iztirabdır.
Allahın insanlar arasında yaymaları üçün bəyanını yalnız bir neçə peyğəmbərə nazil etdiyi barədə nə vaxtsa düşünmüşdünüz? Axı O, hüzuruna qapıları bütün bəşər üçün aça bilərdi! Düşünürəm ki, Allaha bizim imanımız, dəstəyimiz daha vacib olduğu üçün belə edib. Onun üçün bizim hətta səbəb olmadığı halda xeyrə inanmağımız vacibdir: yalnız o zaman biz özümüz də xeyirxah oluruq. Əbəs yerə demirlər axı – “özünə görə mühakimə et”!
Allah Onu görmədən iman gətirməyimizə, səssiz eşitməyimizə, toxunuşsuz hiss etməyimizə, qəlbən Onun yanımızda olduğunu duymağımıza üstünlük verir. İman ona görə imandır ki, buna əsas olmadan iman gətirəsən. Və o zaman – Ona təmənnasız eşqimizi nümayiş etdirməyimizdən sonra, O Özünə tərəf aparan qapını üzümüzə açır. Axı İmansız Eşqin uzun müddət yaşamadığı kimi, Eşqsiz də İman olmur.
Allah Onun əməllərini digər insanlarda və ya təbiətdə seyr edərək Ona iman gətirməyimizə üstünlük verir. Dəlilsiz inanmaq çətindir, amma siz bunu etdikdən sonra O sizə dəlil göndərəcək. Bu, bütün dünyanın axtardığı dəlil olmayacaq: Bu yalnız sizin üçün yaradılan, yalnız sizə və qeyri heç kimə aydın olmayan dəlillər olacaq. Bu haqda danışmaq lazım deyil: imansızlar İmanın əsl mexanizm və düsturlarını anlamırlar, onlar çox zaman bunu özlərinə xas, məsələn, “yanlışlar” adlandırırlar.
İndi bir şeyi anlamaq vacibdir: iman gətirmək – heç də “Yaxşı, gəl mən nəsə bir yaxşılıq edim və əgər Allah varsa, O məni mükafatlandıracaq” və ya “Gəl nəyisə lazım olduğu kimi edim və görüm Allah mənə necə qarşılıq verəcək” və ya “Dua edim və baxım – iman gətirdiyimi dedikdə Allah mənə mövcudluğunu sübut edəcəkmi” düşünmək deyil. XEYR. Bu iman deyil! Bununla siz Allahı sınağa çəkirsiniz və nəticə əldə edə bilməyəcəksiniz. Əsl iman zərrə qədər şübhə olmadan inanmaq, hətta buna xüsusi dəlillərin olmadığı halda belə qəlbinizdə iman gətirdiyinizin haqq olduğunu bilməkdir.
Allaha sizin əvəzinizə qərar vermək xahişi ilə müraciət etməyin. O bunu etməyəcək. O bizi bura düzgün qərar verməyə öyrənməyimiz üçün göndərib. Və Ona inanmaq və ya inanmamaq qərarını da biz özümüz verməliyik.
Mənim İmanım bundan ibarətdir. Mən sizi buna riayət etməyə çağırmıram, bunu hətta ən yaxınlarımdan tələb etmək haqqına malik deyiləm. Mən sadəcə sizə öz qəlbimi açdım.


Ülviyyə Mahmudova,
Baş redaktor