NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Italdizain-dan Yeni il hədiyyələri bələdçisi

Yeni il üçün hədiyyə seçmək özü də ayrı bir zövqdür. Onun hansı sırğaları taxıb baxdığını, sonra isə uzun müddət həmin sırğalardan danışdığını xatırlamaq. Hər xırda detala diqqət yetirən biri üçün saat tapmaq. Ev sahiblərinə elə gözəl bir servis qabı aparmaq ki, həmin axşam bayram süfrəsində öz yerini tutsun. Italdizain-ın Yeni il kolleksiyasında konkret bir insanı düşünərək seçmək istəyəcəyiniz zinət əşyaları, saatlar və ev aksesuarları yer alır.

Sırğalar elə Yeni il gecəsi taxıla biləcək hədiyyələrdəndir. Leo Pizzo, Lotus Silver, Roberto Coin və Swarovski kolleksiyalarında həm zərif və minimalist zinət əşyalarına üstünlük verənlər, həm də bütün dekabr boyu gözqamaşdırıcı bir aksesuar taxmaq üçün fürsət axtaranlar öz zövqlərinə uyğun seçim tapa bilərlər. Cartier, Graff, Leo Pizzo, Messika, Stephen Webster və Swarovski boyunbağılarını seçərkən onun fərdi üslubunu nəzərə almaq lazımdır: kimisi hər gün incə bir zəncir taxır, kimisi isə bütün ziyafət obrazını tək bir zinət əşyası ətrafında qurur. Chopard, Graff və ya Messika üzüyü, yaxud bilərziyi isə başa çatmaqda olan ilin yaddaqalan hadisələrindən birini qeyd etmək üçün gözəl hədiyyə ola bilər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Saat seçimində insanın xarakteri mühüm rol oynayır. Blancpain və Breguet saatçılıq sənətinin ənənələrinə maraq göstərənlər, TAG Heuer idman üslubunu sevənlər, Ulysse Nardin isə cəsarətli dizaynı qiymətləndirənlər üçündür. Chopard və Just Cavalli kolleksiyalarında da zərgərlik sənətinə xas parıltıdan tutmuş diqqətçəkən detallara qədər fərqli üslub vurğuları var. Əgər hədiyyə alacağınız insanın artıq sevimli mexaniki saatı varsa, Chronovision markasının saatların avtomatik qurulmasını təmin edən xüsusi qutusu gözəl seçim ola bilər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Ev üçün Baobab Collection ətirli şamını, Lladró heykəlciyini və ya Daum, yaxud Lalique markalarının bədii şüşə məmulatlarını seçmək olar. L’Epée 1839 masaüstü saatları qeyri-adi mexanizmləri sevənlərə, Montblanc yazı ləvazimatları və S.T. Dupont aksesuarları isə gündəlik istifadə olunan əşyaların estetik gözəlliyinə dəyər verənlərə xitab edir. İnteryer və bayram süfrəsi üçün zərif detallar axtaranlar Ralph Lauren, Lenox və Villeroy & Boch kolleksiyalarına, yolka bəzəkləri üçün isə Kaemingk məhsullarına nəzər sala bilərlər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Ev tekstili xüsusilə qış aylarında hədiyyə etmək üçün gözəl seçimdir. Yanvarın ilk gününün tələsmədən açılan səhəri üçün yumşaq xalat, yeni yataq dəsti və ya dəsmal komplekti bayramdan sonra da gündəlik həyatda istifadə olunacaq hədiyyələrdir. Belə məhsulları BOSS, Frette, Kenzo, Laurence Tavernier, Ralph Lauren və Yves Delorme kolleksiyalarından seçmək mümkündür. Qonaq qəbul etməyi və yaxınlarını süfrə ətrafında toplamağı sevənlər üçün isə Ginori 1735 çini məmulatları, Villeroy & Boch qabları və ya Daum servis aksesuarları münasib seçimdir. Əgər hər il sevimli Yeni il deserti məhz həmin qabda təqdim olunarsa, hətta tək bir gözəl servis qabı belə ailə ənənəsinin bir hissəsinə çevrilə bilər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/