NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

GRAFF YENİ FOLLOW ME KOLLEKSİYASINI TƏQDİM EDİR

Graff-ın yeni zərgərlik kolleksiyası hərəkət, özünəinam və öz yolunu seçmək azadlığı mövzularını araşdırır
Graff gücə, hərəkətə və yeni kəşflərə həsr olunmuş yeni Follow Me zərgərlik kolleksiyasını təqdim edir. Kolleksiyanın əsas motivi hər bir dizaynda öz əksini tapan istiqamət və daxili əminliyin rəmzi olan oxdur.

Ağ, sarı və çəhrayı qızıldan hazırlanmış zinət əşyaları Graff brilyantları ilə bəzədilib. Oxun lakonik silueti sırğalarda, kulonlarda, sərt bilərziklərdə və üzüklərdə fərqli ifadə qazanır. Müasir və dinamik kolleksiya Zərgərlik Evinin zinət əşyalarına xas fərdi üslubu qoruyub saxlayır.

Follow Me kolleksiyasının əsasını sədaqət, hərəkət, sadəlik, özünütəsdiq, istiqamət və özünəinam ideyaları təşkil edir. Bu ideyalar kolleksiyanın xarakterini formalaşdırır, onun axıcı xətlərində və brilyantların parlaqlığında əks olunur. Bütün kolleksiyada sakit daxili güc duyulur — insanın öz seçiminə inamı və seçdiyi yolla irəliləmək əzmi.



Kulonlarda ox motivi xüsusilə yüngül və axıcı ifadə qazanır: ox ucları zərif qızıl zəncirlərə daxil edilərək dizaynın ayrılmaz hissəsinə çevrilir. Modellərdən birində bu motiv lariət siluetinə çevrilir: ox formalı halqadan aşağıya doğru iki uzun zəncir uzanır. Sarı qızıldan hazırlanmış bu zinət əşyası pave üsulu ilə düzülmüş brilyantlarla bəzədilib.

Sərt bilərziklərdə ox bilək ətrafında hərəkət edirmiş kimi görünür: dizaynlar bütöv çevrə yaradan qapalı modellərdən açıq formalara qədər dəyişir. Bəzi modellərin səthi tamamilə pave üsulu ilə brilyantlarla işlənib, digərlərində isə brilyantlar oxun uclarını vurğulayır və ya üç daşdan ibarət kompozisiyalar yaradır. Üzüklər də hərəkətlə bu qarşılıqlı oyunu davam etdirir — incə tək xətlərdən barmağı əhatə edən heykəltəraşlıq formalarına qədər.

Follow Me kolleksiyasının hər bir zinət əşyası Graff-ın ustad sənətkarları tərəfindən hazırlanır. Bu kolleksiya vasitəsilə Zərgərlik Evi özünəinamın müasir təzahürünü — sakit, müstəqil və qətiyyətli ruhu araşdırır. Zinət əşyaları insana seçdiyi istiqamətə inanmağın, öz yolunu dəyərləndirməyin və bu yolun onu hara apardığını heç vaxt nəzərdən qaçırmamağın vacibliyini xatırladır.

Italdizain Graff-ın Azərbaycandakı rəsmi distribütorudur. Follow Me kolleksiyası da daxil olmaqla, Graff zinət əşyaları Bakıdakı Graff butikində təqdim olunur. Zərgərlik Evinin kolleksiyaları ilə Bakı şəhəri, 28 May küçəsi 2B ünvanında tanış olmaq və onları əldə etmək mümkündür. Ətraflı məlumat rəsmi internet saytında təqdim olunur: https://italdizain.az/en/brands/graff.

  •  
  •  
  •  
/


Italdizain haqqında
Italdizain 1996-cı ildə təsis edilib. Fəaliyyətinin ilk dövründə şirkət İtaliyadan Azərbaycana yüksəkkeyfiyyətli mətbəx avadanlıqlarının tədarükü üzrə ixtisaslaşıb. İllər ərzində Italdizain fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək yeni biznes istiqamətlərini uğurla inkişaf etdirib. Bu gün şirkət lüks zinət əşyaları, saatlar, süfrə ləvazimatları, eləcə də ev və interyer üçün aksessuarlar təqdim edən butiklər şəbəkəsini idarə edir.

Graff haqqında
1960-cı ildə Laurence Graff tərəfindən təsis edilmiş Graff bu gün də François Graff-ın rəhbərliyi altında ailə biznesi olaraq qalır. Zinət əşyalarının yaradılmasının hər bir mərhələsinə Graff ailəsinin üzvləri nəzarət edirlər. Britaniyada başlayan fəaliyyətini genişləndirərək beynəlxalq Zərgərlik Evinə çevrilən Graff-ın hazırda dünya üzrə 70-dən çox butiki var.
Graff 65 ildən artıqdır ki, yüksək zərgərlik sənəti dünyasında lider mövqe tutur, müstəsna keyfiyyətli brilyantları seçib yonaraq onları zinət əsərlərinə çevirir.