NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

"Christofle" və "ITALDIZAIN" süfrə düzülüşü və etiketinə dair master-klas keçirib

16 apreldə "Christofle" fransız brendi "Italdizain" şirkəti ilə birlikdə "Maison de Luxe" butikində süfrə düzülüşü və etiketinə dair peşəkar maarifləndirici master-klas keçirib. Qonaqlar dostyana səhər yeməyindən tutmuş rəsmi dəvətə qədər istənilən formatlı tədbirlər üçün müxtəlif çəngəl-bıçaq və qab-qacaq dəstlərinin təyinatı və etiket qaydaları barədə məlumat əldə ediblər.

Görüş "Christofle"un brendin müştəriləri və pərəstişkarları ilə mədəni dialoqun davamına çevrilərək süfrə düzülüşü mövzusunu kübar etiket ənənələri ilə birləşdirib. Master-klas "in-boutique" formatında baş tutub. Burada qonaqlara süfrənin bəzədilməsi prinsipləri ilə tanış olmaq, eləcə də fransız qonaq qəbulu mədəniyyəti və qonaqpərvərlik sənəti ab-havasına qərq olmaq imkanı yaradılıb.

Master-klas Aytən Mustafayeva – davranış mədəniyyəti və süfrə düzülüşü sahəsi üzrə ekspert tərəfindən keçilib. O öz işində klassik etiket normaları ilə müasir yanaşmanı birləşdirir ki, bunun da sayəsində onun master-klasları geniş auditoriya üçün aktual və rahat anlaşılan qalır.

Ekspert butikdə baş tutan master-klas üçün "Christofle"dan "Malmaison" kolleksiyasını seçib. Bu kolleksiya Napoleon Bonorpart ilə imperatriça Jozefinanın Paris yaxınlığındakı şəhərkənarı iqamətgahı olan Malmezon qəsrinin şərəfinə bu cür adlandırılıb. Kolleksiya Napoleonun dövründə geniş vüsət almış ampir üslubunun xüsusiyyətlərini əks etdirir. O, növbələşən yarpaqlar və palmettalardan ibarət xarakterik ornamenti ilə seçilir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

İlk dövrlərdə "Malmaison" yalnız gümüş çəngəl-bıçaq dəstlərini ehtiva edirdi, lakin sonradan oraya çini də daxil oldu. Bu çini qab-qacaq qızılı və platin bəzəyindən dərhal tanınır. Bir əsrdən çoxdur ki, kolleksiyanın predmetləri klassik süfrə düzülüşü və qonaq qəbulu mədəniyyətinin bir parçası kimi qalmaqdadır.

Aytən Mustafayevanın təcrübəsi və müəllif yanaşması sayəsində master-klas qonaqlara "Christofle" predmetlərinə və onların müasir süfrə düzülüşü mədəniyyətindəki roluna yeni prizmadan baxmaq imkanı verib. Brendin gümüş çəngəl-bıçaq dəstləri və çinisi qonaq qəbulu, xörəklərin təqdim edilməsi estetikası və masa arxasında davranış ənənələri barədə praktik söhbətin bir hissəsinə çevrilib. İştirakçılar "Christofle" kolleksiyaları ilə tanışlıq vasitəsilə həm də fransız "art de vivre" sənətinə "toxunublar" ki, o da uzun illər ərzində brendin irsinin əsas hissəsi olaraq qalmaqdadır.

Master-klas "Christofle"un müasir süfrə düzülüşü sahəsində əsas brendlərdən biri və "refined dining" (yüksək mətbəx xörəklərinə dair estetik təsəvvür) ənənəsinin daşıyıcısı kimi statusunu vurğulayıb. Butikdə keçirilən görüşün kamera formatı və hər qonağa fərdi yanaşma iştirakçıların həm brendə, həm də süfrənin gündəlik və təntənəli hadisələr münasibətilə bəzədilməsi mövzusuna duyduqları marağı artırıb.

Brendin Azərbaycandakı rəsmi distribütoru "ITALDIZAIN" şirkətidir.