Bahar gəldiyindən hər kəs yüngül qida və sadə reseptlər istəyir. Salatlardan daha yaxşı və dadlı nə ola bilər? Mən paytaxt və ya siyənək balığı ilə şuba salatını demirəm - etiraf edək ki, onlar sırf qış salatlarıdır. Mən yüngül tərəvəz salatlarından bəhs edirəm! Bu dəfə sizə 3 salatdan ibarət internasional bir buket təklif edirəm. Qozlu Gürcü salatından başlayaq, İtalyan panzanella salatı ilə davam edək və amerikan favoritim olan Chicken Salad ilə bitirək.
Qozlu Gürcü salatının 2-3 nəfərlik porsiyası üçün lazımdır:
Halqa şəklində doğranmış yarım qırmızı soğan
Yarım stəkan alma sirkəsi
1 ovuc qoz
Yarım dəstə keşniş
1 diş sarımsaq
1/2 çay qaşığı mayaotu-suneli ədviyyatı
Duz, istiot
Tərəvəzləri istəyinizə görə doğrayın. Soğanı sirkədə 10 dəqiqə saxlayın. Sonra tərəvəzlərə əlavə edin. Həvəngdəstədə və ya blenderdə qoz, sarımsaq, keşnişdən qarışım hazırlayın. Mayaotu-suneli ədviyyatını və 1 çay qaşığı sirkəni ona əlavə edin. Bir az su ilə qarışdırın. Qarışımı tərəvəzlərin üzərinə tökün. Salata bir qədər qoz vurun, istəyə görə duz və istiot əlavə edin. Hazır olan kimi süfrəyə verin.
İtalyansayağı Panzanella:
2-3 nəfərlik porsiya:
2-3 ədəd pomidor
100 qr Kruton (qızardılmış çörək tikələri)
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı sirkə
1 xörək qaşığı Capparis bitkisi
Yarım dəstə rukolla
50 qram Parmezan pendiri
Tərəvəzləri bir yerə toplayın, hazırlanmış qarışımı əlavə edin, üzərinə capparis bitkisini, parmezan pendirini və rukollanı səpin. Duz və istiot vurun.
Chicken Salad 2-3 nəfərlik porsiya:
2 ədəd toyuq sinəsi
1 ədəd böyük kərəviz saplağı
1 xörək qaşığı mayonez
1 xörək qaşığı yoqurt
Bir çimdik çili
Duz, istiot
Toyuq sinəsini qaynadırıq, kub şəklində doğrayırıq, kərəvizi xırda doğrayırıq, mayonez və yoqurt əlavə edirik. Qurudulmuş çili vururuq. Zövqə görə duz və istiot əlavə edirik. Sendviç və qəlyanaltı üçün ideal içlikdir.
Bon appetit!
Mətn və foto: Həcər Əliyeva