NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Ulviyya Mahmud Barselona Musiqi Muzeyinə Azərbaycan kamançasını hədiyyə edib

Dünən NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmud Barselonadakı Casa Azerbaiyán evinin nümayəndəsi ilə birlikdə Barselona Musiqi Muzeyini (Museu de la Música de Barcelona) ziyarət edib və muzeyin direktoru Jordi Alomar i Payerasa Azərbaycan milli musiqi aləti olan kamançanı hədiyyə edib.
Bu səfər 4 iyul tarixində başlanmış mədəni dialoqun davamı olub. Həmin gün Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə NARGIS jurnalı Barselonanın tarixi Palau Dalmases sarayında “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatına həsr olunmuş xüsusi gecə təşkil etmişdi.
Hədiyyə edilən kamança Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi və Bərpası üzrə Elmi-Tədqiqat Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov tərəfindən hazırlanıb. Bu kamança Museu de la Música de Barcelona kolleksiyasına daxil edilən ilk Azərbaycan milli musiqi alətidir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/