
“Mavi Əbədiyyət”, More More, Eva və “Orlovski hamamları” – bu layihələrinin hər birinin arxasında sadəcə bir konsepsiya deyil, bütöv bir həyat tərzi dayanır. Bu müsahibədə restoran sahibi Aleksandr Orlov, şəhərin nə üçün hamama ehtiyacının olmasından, karaokeni necə əsl şouya çevirməyin yollarından və biznes böyük miqyas alarkən qəlbinin səsini eşitməyə davam etməyin vacibliyindən bəhs edir.
Layihələrinizi həyata keçirən zaman yerli bazarın hansı xüsusiyyətlərini nəzərə alırsınız?
İlk olaraq, bazarda nəyin çatmadığını və hansı konsepsiyaların təqdim edilmədiyini araşdırırıq. Mövcud layihələri tədqiq edirik – istər restoranlar, istər hamamlar və ya başqa layihələr. İnsanlarla ünsiyyət qururuq, suallar verir, müşahidələr aparırıq. Bu ilk addımdır. İkinci – hansı lokasiyanın aktual olmasını, şəhərin necə qurulduğunu anlamaq çox vacibdir. Əvvəlcə onun zövqlərini öyrənmək, nəyin təqdim edildiyini, nəyin işə yarayacağını və ya yaramayacağını anlamaq zəruridir.
Azərbaycan auditoriyası sizi nəyi ilə ruhlandırdı?
Çox gözəl şəhərdir. İnanılmaz xoşagələn, açıq və qonaqpərvər sakinləri var. Əsl qurmandırlar! Hər şeyin çox dadlı olmasının vacidliyini və özündə təəccüb elementini ehtiva edən layihələri həyata keçirməli olduğumuzu dərhal anladıq. Buradakı insanlar yemək və qastronomiyaya yaxşı bələddir, ona görə də biz əvvəllər təqdim olunmamış formatlar yaratmağa qərar verdik.
Bu məqsədinizə nail oldunuz. Azərbaycanda hansı çətinliklərlə üzləşdiniz? Və hansı xoş sürprizlə qarşılaşdırınız?
Ümumilikdə çətinliklər, hər yerdə olduğu kimidir. Məsələn, ərzaq seçimi çox da geniş deyil. Və eyni hal kadrlarla yaşanır. Lakin, biz bunun üzərində çalışırıq: işə qəbul edir, təlim verir, komanda daxilində peşəkarlar yetişdiririk.
Bu ilin sonunadək Bakıda “Orlovski hamamları” açılır. Onları necə təsəvvür etdiyiniz haqqında danışın. Bu layihəyə hansı dəyər və mənaları qatırsınız? Axı bu sadəcə hamamdan daha böyük bir layihədir?
Hamam – ilk növbədə bədən üçün istirahətdir. Bu stress atmaq, qayğılardan uzaqlaşmaq, bərpa olunmaq vasitəsidir. Bu, 3-4 saat tam relaks, antistress, yenilənmə üçün ayrılmış zamandır. Xüsusi ilə də, əgər hamama dostlarınızla gedirsinizsə - bu ünsiyyət üçün, faydalı zaman keçirmək və yeni enerjilərlə yüklənmək üçün gözəl vaxtdır. Mənim üçün hamam – bir növ yenilənmə ritualıdır. Ləziz təamlar dadmaq, fiziki və mənəvi paklanmaq, cavanlaşmaq, sağlamlaşmaq – Bakıda inkişaf etdirmək istədiyimiz hamam mədəniyyətinin əsas məğzi bundan ibarətdir.
Françayzinq daha çox miqyasla bağlıdır, yoxsa etibarla? Bir insana layihəni etibar etmək üçün o, necə biri olmalıdır?
Bu həm miqyasdır, həm də etibar.
Nəyə görə miqyas? Çünki, insanlara güvənərək, biz genişlənə, başqa bazarlara, həmçinin beynəlxalq səhnəyə çıxa bilərik. Məsələn, hal – hazırda biz, Mərkəzi Asiya ölkələrində franşızanı inkişaf etdiririk.
Nəyə görə etibar? Etibar isə - ona görə ki, biz sadəcə brendi təqdim etmirik, həmçinin yüksək xidmət standartları, unikallığı ilə seçilən mətbəxi və xüsusi ab – havanı təmsil edirik.
Və bizdən françayzinq əldə edən françayzer bu standartlar və normalara uyğun olmalıdır. Bu gün biz Qırğızıstan, Qazaxıstan, Özbəkistan və bəlkə də Azərbaycan bazarına çıxırıq.
Həmçinin biz, sərgilərdə iştirak edirik. Layihələrə qarşı maraq böyükdür. Sabit ödəniş konsepsiyadan asılı olaraq 6–8% arasında dəyişir. Təkliflər arasında “Орловские бани”, özbək və qazax restoranları da var. Əsas odur ki, françayzinq tərəfdaşı mövzuya hakim olsun və dəyərlərimizi paylaşsın.
“Mavi Əbədiyyət” karaokesi adını əfsanəvi mahnıdan alır. Niyə məhz bu mahnı? Bu adla nəyi ifadə edirsiniz?
Bu ad təsadüfən meydana çıxdı: restoran özü More More adlanır – bu da, məlum olduğu kimi həmin mahnıdan olan bir misradır. Həm “Mavi Əbədiyyət”, həm də More More – dərin hörmət və sevgi bəslədiyim böyük azərbaycanlı ifaçının yaradıcılığına edilən bir istinaddır. Buna görə də, mənə elə gəlir ki, Bakıda karaokeni belə adlandırmaq məntiqlidir.
Gələcəyin karaokesini necə görürsünüz? Bu nostalji məkan yoxsa klub mədəniyyətinin bir formasıdır?
Daha çox hibriddir: həm mahnı oxumaq, oynamaq, restorandan sonra gecəni davam etdirmək üçün müəyyən mənada klubdur. Kluba getmək istəməyən, lakin gecəni sonlandırmağa da üstünlük verməyənlər üçündür. Axı klub bir qədər başqa formatdır.
Karaoke - dost məclisi, əyləncə və duyğular deməkdir. Əgər doğum günü qeyd olunursa və ya dostlar bir ara gəliblərsə - bu yığıncağın davam etməsi arzu olunur. Karaokemizdə bekvokal, DJ, aparıcılar, şou – proqramlar olacaq. Növbədən kənar mahnı sifarişi etmək mümkün olacaq. Hər bir detal, qonağın sadəcə mahnı oxuması üçün deyil, şounun bir parçasına çevrilməsi üçün düşünülüb.
Biz müxtəlif ölkələrdə bizneslər qurursunuz. Biznesin böyüməsi prosesində özünüzə məxsus tərzi qoruyub saxlamaq və ruhunuzu itirməməyinizin sirri nədədir?
Əsas – detallara qarşı olan diqqətdir. İşə tam qərq olma. Və təbii ki, bu işə bizim qədər həvəslə və məsuliyyətlə yanaşan yerli güclü komandalar.