
Bilirsiz niyə yemək bişirməyi sevirəm?
Uzun və yorucu bir gündən sonra evə gəlib, bəzən tam bir qeyri-müəyyənlik içində olursan, amma bir şeyi dəqiq bilirsən:
əgər yumurtanın ağını yaxşıca çırpsan və onu Parmesan pendiri və ya başqa inqrediyentlərlə qarışdırıb sobaya qoysan, o mütləq qalxacaq. Bu — hər zaman işləyən və səni yarı yolda qoymayan bir çox mətbəx qaydalarından sadəcə biridir. Bu proses həm meditasiya kimidir, həm də stresdən azad olmağın, başqaları ilə bağ qurmağın və yaradıcılığı inkişaf etdirməyin çox gözəl yoludur. Əgər mükəmməl, rahat bir mətbəxin varsa, bu sevinc ikiqat olur. Öz yeməyini bişirməyin başqa böyük üstünlüyü isə nə qədər və nə yediyini özünün idarə etməyindir. Mənim üçün orqanik məhsullar çox önəmlidir. Yemək bişirmək düşündüyündən daha asan və əyləncəlidir. Sadəcə onu sevməyi öyrənməlisən. Sevgi ilə hazırlanan yemək dadlı olmağa məhkumdur. P.S. “Redaktorun gündəliyi” bölməsində mənim xüsusi gizli reseptimə baxa bilərsən.
"Həqiqi yemək bişirmək, reseptlərə deyil, ürəyinə qulaq asmaqdır"