NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

"Perrelet" xüsusilə Azərbaycan üçün "Turbine" kult modelinin məhdud seriyasını istehsal edib

İsveçrə brendi "Perrelet"nin pərəstişkarları, kolleksionerlər və saat sənətinə dəyər verənlər üçün xüsusi hədiyyə: "Perrelet" şirkəti Azərbaycana həsr olunmuş "Turbine" kult modelinin məhdud seriyasını çıxarıb. Saatın siferblatını qürur, milli mənsubiyyət və Azərbaycan xalqının vətənpərvərliyinin simvolu olan mavi, qırmızı və yaşıl rəngli milli bayrağın təsviri bəzəyir.

Eksklüziv olaraq, Azərbaycan bazarı üçün hazırlanmış "Turbine Azerbaijan Edition" "Perrelet"nin yerli mədəniyyətlərə diqqətini vurğulayır və brendin ölkə ilə əlaqələrini möhkəmləndirir.

Əsası 1777-ci ildə qoyulmuş "Perrelet" manufakturası tarixi irs ilə innovasiyaları birləşdirir. 2009-cu ildə patentləşdirilmiş "Turbine" kolleksiyası brend üçün yaradıcı eksperiment məcrasına çevrilib. Yeni modeldə turbinin anodlaşdırılmış qara alüminiumdan olan fırlanan pərləri bayraq təsvirini ortaya çıxarır, beləcə, dinamika və dərinlik effektini yaradır.

"Turbine" texnologiyası aviasiya və dəniz mühərrik sistemlərindən ilhamlanaraq hazırlanıb. Anodlaşdırılmış qara alüminiumdan olan yüngül turbin 12 pərdən ibarətdir; arxa tərəfində beş volfram əks ağırlıq yerləşir ki, onlar konstruksiyaya biləyin istənilən hərəkətinə dərhal reaksiya vermək imkanı yardır.

"Turbin" müstəsna şəkildə dekorativ rol oynasa da, onun yığılması filiqran dəqiqliyi tələb edir, belə ki, hər bir detal saatın iş dəqiqliyinə heç bir təsir göstərmədən axıcı fırlanmanı təmin edəcək qədər diqqətlə balanslaşdırılıb.

Saat "Perrelet" şirkətinin sahibi və prezidenti Migel Rodrigesin şirkətlər qrupuna daxil olan "Soprod" şirkəti tərəfindən işlənib-hazırlanmış, əl işi olan P-331-MH (saatda 28800 titrəyiş, 42 saat işləmə ehtiyatı) avtomatik kalibri ilə təchiz edilib. Kalibrin dəqiqliyi "COSC" və "Chronofiable®" sertifikatları ilə təsdiqlənmişdir.

"Perrelet Turbine" saatının 44 mm-lik korpusunun mərkəzi hissəsi polikarbonat və lifli karbondan, bezeli ilə arxa qapağı isə qara "PVD" örtüklü paslanmaz poladdan hazırlanıb. Qurma başlığı və timsah dərisi basmanaxışlı dəridən kəmərin xüsusi toqqasını "P" hərfi – "Perrelet" loqotipinin ilk hərfi bəzəyir. Siferblatı ikiqat antiblik örtüklü sapfir şüşə qoruyur. Eyni şüşədən saatın arxa qapağına da quraşdırılıb ki, bu da mexanizmin işini müşahidə etməyə və detallarının klassik işləmələrini – dairəvi dənəvərliyi olan körpüləri və rodium örtüklü, "Perrelet" loqotipli, krujevalı rotoru görməyə imkan verir. Arxa qapağın şüşəsinə "Special Edition Azerbaijan" yazısı qravürlənib. Saat 10 atmosferədək suyadavamlıdır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

"Perrelet Turbine Azerbaijan Edition" – İsveçrə ustalığı, texnoloji dəqiqlik və müasir saat sənayesinin ən rahat tanınan dizaynlarından birində təcəssüm olunmuş milli qürur simvolunun harmoniyası.

"Italdizain" Azərbaycanda "Perrelet" brendinin rəsmi distribütorudur. "Perrelet" brendinin məhsulları ilə aşağıdakı ünvanlarda yerləşən "Royal Collection" butiklərində tanış ola bilərsiniz: Azərbaycan, Bakı, 28 May küçəsi, 4 və Niyazi küçəsi, 5B.

Əlaqə nömrələri: +994 (12) 498-00-53, +994 (12) 492-76-56.