NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Qıvrımlar azadlığa çıxır

Şalvar ACNE STUDIOS, top BOTROIS, çanta DOLCE & GABBANA, ayaqqabı AQUAZZURA, zərgərlik CHANEL

Ətək və pencək MANERA ODEVATCA, ayaqqabı CHANEL, köynək ZARA, qalstuk CARLO COLOMBO, saat CARTIER, çanta HERMÈS

Cins şalvar, DANIIL ANTSIFEROV, top DANIIL ANTSIFEROV x SAY NO MORE, zinət əşyaları TIFFANY & CO. , HERMÈS, BVLGARI

Korset, ətək və top DANIIL ANTSIFEROV x SAY NO MORE, çəkmələr BALENCIAGA, üzüklər BVLGARI

  •  
  •  
/

Fituranın hekayəsi

Mənim adım Fitura Mehdiyevadır (@fitadreamer), amma çoxları məni FitaDreamer kimi tanıyır — bu, həm mənim nikim, həm də istifadə etdiyim addır. Mən 24 yaşım var və London College of Fashion-da “Moda menecmenti” ixtisası üzrə bakalavr təhsili almışam. Uşaqlıqdan bilirdim ki, moda sənayesində çalışmaq istəyirəm. Mənim üçün moda həmişə sehrli bir şey olub: podiumda gördüyümüz yalnız nəticədir, arxa tərəfdə isə bütöv bir maraqlı dünya yaşayır. Mən isə daim həmin prosesin bir parçası olmaq istəyirdim.

Bu illər ərzində modanın müxtəlif sahələrində çalışma fürsəti əldə etdim, amma peşəkar yolumu həqiqətən formalaşdıran iki əsas brend Prada və Dior oldu. Onlar mənə lüks, stilistikanın incəlikləri və müştəri ilə iş barədə əvəzolunmaz biliklər verdi — bu bacarıqlardan bu gün də istifadə edirəm.

Yaxın zamanda Azərbaycanda Blue Planet şirkətində yeni bir mərhələyə başlamışam. Burada Valentino, Dolce & Gabbana, Brunello Cucinelli, Celine, Tiffany & Co. və Bvlgari kimi ikonik lüks evlərlə işləyirəm. Bu rol mənim detal duyumumu daha da kəskinləşdirdi və lüks dünyasında irs, innovasiya və hekayəçilik arasında necə bir balans olduğunu daha dərindən qavramağıma kömək etdi.

Stilimə gəldikdə isə, onu unikal və daxili dünyamı əks etdirən bir üslub kimi təsvir edərdim. Moda mənim üçün sözsüz bir dildir — özünü ifadə etməyin bir yoludur. Hisslərini geyim vasitəsilə çatdırmaq və moda dünyasının necə çoxqatlı olduğunu göstərmək imkanıdır. Bir dəfə bir müsahibədə eşitdiyim və qəlbimdə qalan bir cümlə var:

“Modadan düzgün istifadə etsən, o sənin özünəinamın olar. Deyə bilmədiklərini ifadə etmə yolun. Sakitliyin.”

Bu fikir modaya münasibətimi mükəmməl şəkildə izah edir. Moda həmişə özümü güclü hiss etdiyimdə dayaq nöqtəm, incəlik və yumşaqlığa ehtiyac duyduğumda isə qoruyucu qalxanım olub. Bir növ moda mənim super gücümdür — dünya ilə ünsiyyət qurma dilimdir.

MAKYAJ MƏDİNƏ KƏRİMOVA @MEDINCHIK_GLAM SAÇ SİTARƏ SƏMƏDOVA @SITARA.SAMEDOVA

FOTO OKTAY JAFFER