NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

Niyə məhz MacBook Air?

Müasir həyatı rəqəmsal cihazlarsız təsəvvür etmək mümkün deyil, noutbuklar isə gündəlik yaşayışımızın ayrılmaz hissəsinə çevrilib: onlar iş və təhsil prosesində kömək edir, işimizi asanlaşdırır, həmçinin asudə vaxtımızı harada keçirməyimizdən asılı olmayaraq bizə faydalı olurlar. Çox böyük rəqabətə baxmayaraq, Apple artıq özünü ən yaxşı noutbuk istehsalçılarından biri kimi təsdiqləyib. MacBook xüsusi maqiyaya sahibdir. Onun istifadəsi çox rahatdır, çünki hər şey əlavə manipulyasiyalar olmadan işləyir, daşınması asandır və davamlılığı ilə də məşhurdur. Bütün bəlli xüsusiyyətlərdən başqa MacBook Air çoxsaylı istifadəçi üstünlüklərinə malikdir.

Apple şirkətinin Azərbaycanda üzrə rəsmi texniki nümayəndəsi Asif İbrahimov NARGIS jurnalına verdiyi müsahibəsində yeni nəsil MacBook Air cihazının bütün xüsusiyyətlərini və üstünlüklərini açıqlayır.

Nigar Məhərrəmova
NARGIS jurnalının redaktoru

"Bu günkü gün noutbuklar həyatımızın ayrılmaz hissəsidir. Onların köməyi ilə biz dünyanın istənilən yerindən işləyə və ünsiyyət qura bilərik".

Asif İbrahimov
Apple şirkətinin Azərbaycanda üzrə rəsmi texniki nümayəndəsi

"Mən 11 ildən çoxdur ki, MacBook cihazlarından istifadə edirəm. Başqa cihazlardan da istifadə etmişəm. Mənim üçün Apple markasının ilk məhsulu MacBook Air olub. Sonra MacBook Pro, daha sonra isə M1 çipli yeni nəsil MacBook Air kimi digər modellərə keçdim. Bu gün bu cihaz Touch ID və gündəlik həyatımızı daha rahat edən digər funksiyalar kimi geniş seçimlərə malikdir".